Strateji yanaşmalar ölkənin gələcək nəqliyyat siyasətinin formalaşmasında əsaslı rol oynayacaq- ÖZƏL
Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulub. Dörd yeni hava limanı - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan hava limanları isə inşa edilib. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən beynəlxalq standartlara uyğun olaraq modernləşdirilib.